Today Şənbə, 12th Oktyabr 2024
Birinci 24

Birinci 24

Çinarə gələcək ərinin qadağalarından danışdı: “Toylara getməyəcəyəm”

Televiziya ulduzu yaxınlarda ailə quracağı plastik cərrah Ruslan Rəsuldan söz açıb:

“Seçdiyim insan elə bir şəxsdir ki, bizim sahədən olmasa da, insanları anlayan, çox ziyalı bir ailənin üzvüdür. Ən əsası isə məni olduğum kimi qəbul edir. Mənə də bu lazımdır”.

Çinarə gələcək həyat yoldaşının ona qoyduğu qadağalardan da bəhs edib:

“Bu gündən sonra toylara aparıcı kimi getməyəcəyəm. Yalnız xına və qadın məclislərinə aparıcı kimi gedəcəyəm. Xına məclislərinə aparıcı kimi getməyə başlayanda, kiçik məbləğə gedirdim. Həmkarlarım isə elə yüksək məbləğə gedirdilər. Çünki onlara təlabat vardı, mənə isə yox. Pillə-pillə qalxdım və indi rahat qiymətimi deyirəm. Hətta deyirlər ki, biraz qiymətdə bizə endirim et. Cavab verirəm ki, məni öz xinanızda görmək istəyirsinizsə, qiymət budur. İndi çox şükür ki, başqa həmkarlarım mənə görə qiymətləri salıblar aşağı ki, təlabat olsun. Amma məni elə yüksək məbləğlə də xına məclislərinə dəvət edirlər”.

admin

Related Posts