Today Şənbə, 12th Oktyabr 2024
Birinci 24

Birinci 24

“Fatiməni danışdırmamaq yaxşıdır, elə ancaq oynasın”- Nazilə Səfərli

“Fatimə kimdir ki, düşmənim olsun? Düşmən dediyinin silahı, sursatı, davası olar. Fatimə ilə niyə düşmən olum? Dilindən çıxan kəlmənin ya üzrünü, ya ispatını istəmişəm. Başqa niyə düşmən olum ki? Allah eləməsin. Allah onun başından bir tük əksik eləməsin. Düşmən nə deməkdir? Məsafə saxlayıram”.

Bu sözləri şairə Nazilə Səfərli “Sözbaz” maqazin verilişində deyib.

“Göyçək” ləqəbi ilə şou-biznesdə məşhurlaşan rəqqasə Fatimə Fətəliyeva ilə düşmən olmadığını söyləyən Nazilə məhkəməlik olan qarşı tərəfə danışmamağı məsləhət bilib:

“Fatimə danışdı, gördüm onu. Fatiməni danışdırmamaq yaxşıdır. Elə ancaq oynasın. Onunki, yalnız bədən dilidir. Dilini də istifadə eləməsin. Dil yemək yeyəndə yeməyin dadına baxmaq üçündür – duzun, şirinin. Bu qədər”.

Qeyd edək ki, Nazilə Səfərli Fatimə Fətəliyevanı məhkəməyə verib. Şairə rəqqasədən 50 min manat mənəvi təzminat tələb edir.

admin

Related Posts