Today Şənbə, 12th Oktyabr 2024
Birinci 24

Birinci 24

“Sus, bu gündəmdə yoxsan” – Hadisəni belə aşağıladı

Xəbər verdiyimiz kimi, türkiyəli müğənni Hadisə aktrisa Hafsanur Sancaktutanın intihara cəhd etməsi ilə bağlı iddialar səsləndirən Bircan Balini tənqid etdikdən sonra aparıcının cavabı gecikməyib.

Aparıcı mövzunun Hadisəyə aidiyyəti olmadığını vurğulayıb.

“Hadisə, sən bir sus. Sənlik bir iş yoxdur. Hər hadisədən özünə pay çıxartmağı kəs. Qəribə özəl həyatını yeni həzm etmişik. Sən bu gündəmdə yoxsan. Davam edə bilərsən, çempion şəkər” deyə, o, paylaşımında yazıb.

Qeyd edək ki, Hafsanur bir müddət əvvəl sevgilisi, aktyor Deniz Can Aktaşdan ayılıb və onlar ötən günlərdə sosial media hesablarından bir-birini izləmədən çıxarıblar.

Onu da qeyd edək ki, Bircan Hafsanurun açıqlamalarından sonra belə iddiasının üzərində duraraq, onun intihara cəht etdiyini, həmin gün aktrisanın evinə qədər polislərin gəldiyini, hətta dərmanın növünü və nə qədər qəbul etdiyini belə bildiyini əlavə edib. O, aktrisanın xəbəri yalanlamağa davam edəcəyi təqdirdə dəlilləri ortaya qoyacağını vurğulayıb.

admin

Related Posts