
Müğənni Mənzurə Musayeva yeni açıqlaması ilə gündəmə gəlib.
Sənətçi qonaq olduğu “Həmin Zaur” axşam şousunda keçmiş həyat yoldaşından söz açıb.
Mənzurə bildirib ki, hələ də keçmiş həyat yoldaşı onunla barışmağa cəhd göstərir:
“Mən artıq səhnədə olanda ərə getmişəm. Yaxşı ailəm olub. Övladım olmayıb, ayrılmışam. Həyat yoldaşım indi də mələyir arxamca, yenidən evlənmək istəyir. Yəni məni hələ də sevir”.