Today Bazar, 13th Oktyabr 2024
Birinci 24

Birinci 24

“Kimlərin ki, toylarında oxumuşam, ayrılıblar”- Brilliant Dadaşova

“Rəfiqələrimin uşaqları analarına “Ay qız” deyə müraciət edirlər. Biz necə atamıza “Ay oğlan” deyə bilərdik? Elə şey mümkündür?. Deməli bunlar hər şey zamanədəndir”.

Bu sözləri Xalq artisti Brilliant Dadaşova qonaq olduğu “Xeyirli axşamlar” verilişində deyib.
Subay idmançı oğlu Cahaddan söz açan sənətçi bildirib ki, onu evləndirib, qayınanağa olmağa tələsir:

“Övladım anadan olandan qayınana olmağa tələsirəm. Cahadın 32 yaşı var. Kimlərin ki, toylarında oxumuşam, görmüşəm ki, onların xasiyyəti tutmayıb və ayrılıblar. Deyirəm ki, oğlum ailə qurmağa tələsməsin. Çünki ayrılıqdan sonra hər iki tərəf və uşaqlar travma alırlar. Ailə qurmaqdan əvvəl yüz ölçüb, bir biçmək lazımdır. Yaxşısı budur ki, güc olsun, amma gec olsun”.

Qeyd edək ki, Səməd Vurğun adına Rus Dram Teatrının direktoru Ədalət Hacıyevlə ailəli olan B.Dadaşovanın bu evlilikdən Cahad adlı bir oğlan övladı var.

admin

Related Posts