Today Bazar, 13th Oktyabr 2024
Birinci 24

Birinci 24

Suriyadakı zəlzələdə 1060 nəfər dünyasını dəyişdi – Yenilənib

Suriyadakı zəlzələdə 1060 nəfər dünyasını dəyişdi – Yenilənib

Suriyada baş verən zəlzələ nəticəsində 1060 nəfər ölüb.

Bu barədə “Asharq Al-Awsat” telekanalı məlumat yayıb.

Bildiriliib ki, fəlakət səbəbilə 2 400 nəfər isə yaralanıb.


***19:05

Türkiyədə baş verən zəlzələnin təsiri nəticəsində Suriyada ölənlərin sayı artıb.

Suriya Səhiyyə Nazirliyi bu barədə açıqlama yayıb. Bildirilib ki, zəlzələdə ölənlərin sayı 461-ə çatıb.

***12:00
Zəlzələ nəticəsində Suriyada ölənlərin sayı 427-ə çatıb.

Yüzlərlə yaralının olduğu bildirilir.

Qeyd olunur ki, zəlzələ Suriyanın İdlib, Hələb, Həma, Latakiya, Tartus və Rakka əyalətlərində güclü hiss olunub və böyük dağıntılara səbəb olub.

***10:35
Türkiyədəki zəlzələnin Suriyadakı təsirləri nəticəsində ölənlərin sayı 230-a çatıb.

Bu barədə Suriyanın rəsmi mətbuat orqanları məlumat yayıb.

Bildirilib ki, zəlzələ 600 nəfərin yaralanmasına səbəb olub.

Zəlzələnin Suriyanın paytaxtı Dəməşqdə də şiddətli şəkildə hiss olunduğu bildirilir.

Yeraltı təkanların Livan, Misir, İraq, İrail və Kiprdə də hiss olunduğu yayılan xəbərlər arasındadır.

***10:07
Xəbər verdiyimiz kimi, Türkiyənin Kahramanmaraş vilayətinin Pazarcık rayonunda 7,4 bal gücündə zəlzələ baş verib.

Zəlzələ Suriyada da hiss olunub.

İlkin məlumata görə, hadisə nəticəsində 100 nəfər həyatını itirib, yüzlərlə insan yaralanıb.

Editor

Related Posts