Today Şənbə, 12th Oktyabr 2024
Birinci 24

Birinci 24

Xameneiyə nə olub?

Xameneiyə nə olub?

Ötən gün bir sıra xarici KİV-də İranın Ali Rəhbəri Seyid Əli Xameneinin dünyasını dəyişməsi barədə xəbər yayılıb. Daha sonradan yayılan məlumatlarda isə Xameneinin ağır xəstə olduğu bildirilib.

İngiltərənin “Express” nəşri isə Xameneinin xərçəng xəstəliyindən əziyyət çəkdiyini və bu xəstəliyin son mərhələsində olduğunu yazıb.

İranın Ali Rəhbərinin hazırda ölüm ayağında olduğu da vurğulanıb. Sosial şəbəkələrdə, hətta Xameneinin xəstəxanadan görüntüsü də yayılıb.

Buna baxmayaraq, İran tərəfi bu məsələ ilə bağlı açıqlama verməyib.

Bu gün isə “ISNA” agentliyinin yaydığı məlumata görə, Xamenei sentyabrın 11-i bir qrup idmançı ilə görüş keçirib. Bununla belə, sözügedən görüşdən görüntülər paylaşılmayıb.

Editor

Related Posts