Today Bazar, 13th Oktyabr 2024
Birinci 24

Birinci 24

“Kimə ianə etdiyinizə diqqət edin!” – Bəşər Əsədin qızından paylaşım

“Kimə ianə etdiyinizə diqqət edin!” – Bəşər Əsədin qızından paylaşım

Suriya prezidenti Bəşər Əsədin qızı Zein Əsədin sosial mediadakı paylaşımı gündəm olub. 

İtaliyanın ən çox oxunan qəzetlərindən biri olan “Corriere della Sera”nın məlumatına görə, Əsədin 19 yaşlı qızı “Instagram” izləyicilərinə xəbərdarlıq edib.  

Belə ki, o,  zəlzələdən əziyyət çəkən yerlərə “Diqqətli olun, o bölgələrə yardım göndərməyin” ifadəsi ilə çağırış edib. 

“Instagram”da  “zzzeiiinnn” adı ilə istifadə edən Zein Əsəd, “Kimə ianə etdiyinizə diqqət edin. İdlibdə terrorçulara dəstək verən qruplar var. Bu yardımlar Hələbə, Latakiyaya, Həmaya çatmayacaq”, – deyib.  

Digər tərəfdən, İtaliya mediası Suriyada müxaliflərin nəzarətində olan bölgələrə yardımın çatmadığı şərh edib. 

Editor

Related Posts