Today Bazar ertəsi, 14th Oktyabr 2024
Birinci 24

Birinci 24

Aybəniz Haşımova:”Pulu canınıza xərcləməlisiniz, daş-divara yox”

Əməkdar artist Aybəniz Haşımova paylaşımı ilə diqqət çəkib.

Birinci 24 xəbər verir ki, müğənni Türkiyədə baş verən zəlzələdən olan görüntüləri yayımlayaraq, həyatda ən önəmli amilin mülk yox, can sağlığı olduğunu vurğulayıb:

“Çox körpə idim: yaxşı xatırlayıram, qonşumuzda rus qadın var idi. Anama həmişə belə deyərdi: Siz azərbaycanlılar əlinə pul düşən kimi ev-eşiyə tökürsünüz. Amma o pulları canınıza xərcləməlisiniz, nəyinki daş, divara. Anam da deyirdi ki, nədir, camaat tör-töküntünün içində qalsın? Əlbəttdə, evini səliqəyə, səhmana salacaqlar. İndi bu hadisələrin illərnən şahidi oluruq ki, həqiqətən də can sağlığından o yana heç nə yox imiş. Allah canınıza dəyməsin, dostlar”.

admin

Related Posts