Today Şənbə, 12th Oktyabr 2024
Birinci 24

Birinci 24

Eynulla Fətullayev Xədicə İsmayılla söz davasına çıxdı

Eynulla Fətullayev Xədicə İsmayılla söz davasına çıxdı

“Haqqin. az” saytının rəhbəri Eynulla Fətullayev daha bir tanınmış jurnalistlə münaqişəyə başlayıb. E.Fətullayev “Toplum” TV-nin baş redaktoru Xədicə İsmayılla sosial şəbəkədə “söz atışması”na çıxıb.

Xədicə İsmayıl “Xural” TV-nin rəhbəri Əvəz Zeynallının həbsinə səbəb olan E.Fətullayevi qınayan açıqlama verib.

“Azərbaycanda çox az sayda jurnalist var ki, onların rüşvət almadığına əminəm. Nə Mirşahin, nə Eynulla Fətullayev, nə Əvəz Zeynallı onlardan biri deyillər. Mən bilmirəm konkret bu halda “Xural”ın baş redaktoru rüşvət alıb, ya yox. Amma tamamilə əminəm ki, Əvəz Zeynallının həbsinə səbəb aldığı (iddia olunan) rüşvət deyil.

Natəmiz jurnalistikanın simvolları sayılan Mirşahinlə Eynulla Fətullayevin kimisə natəmizlikdə günahlandırması ümumiyyətlə absurddur”, – deyə Xədicə İsmayıl bildirib.

E.Fətullayevin də X.İsmayıla cavabı gecikməyib: “Bu ölkədə danışmağa, kiməsə mənəvi dərs keçməyə haqqı çatan ən sonuncu adam Xədicə İsmayıldır. Məncə, Xədicə tarixdə öz araşdırmaları ilə qalmayacaq. Daha böyük biabırçılığa imza atdı bu xanım. Allah bağışlayandı deyirlər, amma Azərbaycanın Maqdalinası İsa məsihin yanında yox, LGBT bayrağının və İblisin yanında yer aldı… Gör bizə kim söz atır. LGBT-nin biri LGBT!”, – E.Fətullayev xanım jurnalistə cavabında bildirib.

Editor

Related Posts