Today Şənbə, 12th Oktyabr 2024
Birinci 24

Birinci 24

Xarici zəvvarların Kərbəlaya doğru Ərbəin yürüşü başlayıb

Xarici zəvvarların Kərbəlaya doğru Ərbəin yürüşü başlayıb

Səfər ayının 15-dən 20-dək xarici zəvvarların Nəcəfdən Kərbəlaya doğru yürüşləri başlayır.

Zəvvarlar İmam Hüseynə (ə.s) öz eşqini göstərmək üçün təqribən 80 km-lik yolu piyada gedəcəklər.

Yol boyu bu zəvvarlara səhiyyə, qidalanma və digər xidmətlər göstərilir. Bunun üçün xüsusi səyyar və daimi obyektlər nəzərdə tutulub. Onlardan 14 mini yerli və 500-ü xarici ölkələrə aiddir.

Kərbəla əyalətinin valisi Nəsif əl-Xitabi bildirib ki, bu gün Ərbəin ziyarətinə qatılmaq üçün İraqa üç milyon xarici zəvvar gəlib. Ümumi olaraq isə bu ilin Ərbəin yürüşünə iyirmi milyona yaxın zəvvarın qatılacağı təxmin edilir.

Qeyd edək ki, Ərbəin gününə beş gün qalıb.

Editor

Related Posts