Today Bazar, 13th Oktyabr 2024
Birinci 24

Birinci 24

Rels üzərində inşa olunan binalar: Yaponiyada zəlzələyə dayanıqlı evlər necə tikilir?

Rels üzərində inşa olunan binalar: Yaponiyada zəlzələyə dayanıqlı evlər necə tikilir?

Fevralın 6-da Kahramanmaraşda baş verən 7,7 bal gücündə zəlzələ nəticəsində Türkiyədə ölənlərin sayı 12 391 nəfərə çatıb. 10 əyalətdə minlərlə bina və evlər dağılıb. Xəlzələ qurbanlarının sayının artması ehtimal olunur. Dağıntıların miqyasının böyüklüyü Yaponiyadakı kimi zəlzələyə davamlı evlərin tikilməsi mövzusunun aktuallaşmasına səbəb olub. Bəs Yaponiyada zəlzələyə davamlı evlər necə tikilir? Relslər üzərində binalar necə inşa edilir?

Yaponiyada evlər xüsusi texnologiya ilə tikilir və orada tikililərə qoyulan seysmik tələblər həddindən artıq sərtdir. Yaponlar binaları zəlzələ dalğasının təsirinə uyğun olaraq, elə konstruksiya üzrə qururlar ki, tərpəniş zamanı dağılmasın. Belə ki, Yaponiyada binalar relslər üzərin tikilir. Bu sistem zəlzələ zamanı binaların yer qabığından asılı olmayaraq relslər üzərində hərəkət etməsinə şərait yaradır.

1995-ci ildə Yaponiyada baş verən fəlakətdən sonra ölkədə köhnə tikililər yenidən quruldu, yeni sistemə uyğun olaraq yeni binalar tikildi. Ölkədə binaların hündürlüyünə görə mühafizə sistemləri dəyişir. Üç mərtəbəli binalarda divarları gücləndirmək və təməli plitələrlə qorumaq tələbi qoyulub. Orta hündürlüyə malik binalarda daha çox ehtiyat tədbirləri görülür.

Zəlzələyə davamlı relsli təməl sistemi binanın yerdən ayrılmasına imkan verən əsas izolyasiya yaradır. Quraşdırılmış sistemdə binanın təməlində rezindən hazırlanmış bamperlərdən istifadə olunur. Bu bamperlər zəlzələ təhlükəsi zamanı binaların silkələnməsi və əyilməsi əvəzinə üfüqi istiqamətdə yırğalanmasını mümkün edir. Bünövrədəki gərginliyin bütün mərtəbələr boyunca yayılması üçün hidravlik tellərdən istifadə edilir. Beləliklə, binanın yıxılmasının qarşısı alınır.

Bu sistem sayəsində zəlzələ zamanı binalar qırılmaq əvəzinə əyilir. Yaponiyada mühəndislər divarların içərisindəki boşluqlara metal lövhələr qoyur və bu, bütün binanın eyni vaxtda hərəkət etməsinə şərait yaradır. Çeviklik binanın çökməsinin və ya qırılmasının qarşısını almaq üçün edilir. Yaponiyada hündürmərtəbəli binalar və göydələnlər bu sistemlə inşa edilib. İstifadə olunan sistem sağa, sola və ya öndən arxaya uzanan 3 metrəyə qədər məsafə təklif edir. Binanın bünövrəsində amortizatorların istifadəsi hərəkət zamanı elastiklik nəzərə alınmaqla titrəyişləri neytrallaşdırır, təməldə istifadə olunan rezin bamperlər silkələnmə zamanı sürəti azaldır.

Dəqiq olmasa da, bu sistemin ilk dəfə Yaponiyada tətbiq edildiyi məlumdur. Bir-birinin ardınca böyük zəlzələlərin yaşandığı Yaponiya, 1995-ci il fəlakətindən sonra bu sistem üzərində işləməyə başlayıb və binalarını hədsiz dərəcədə gücləndirib.

Editor

Related Posts