
Bakı şəhərində Azərbaycan Gimnastika Federasiyasının (AGF) yenidən qurulmasının 20 illiyinə həsr olunmuş gimnastika hamı üçün növü üzrə festival keçirilib.
Festivalda Naxçıvan Atletika Federasiyasının məşqçisi Humay Qafarova və 7 azyaşlı gimnastımız iştirak edib. Lalə Abdullayeva, Təranə Əlizadə, Mədinə Novruzlu, İlay Sangur, Damla İsgəndərli, Səma Babayeva və Nilufər Kərimlidən təşkil olunmuş “Naxçıvan” komandası münsiflər tərəfindən müvafiq yaş kateqoriyasında birinci yerə layiq görülüb. Məşqçi Humay Qafarova isə “Ay işığı” komandasının heyətində böyüklər arasında qalib olub.
Əhali arasında gimnastika idman növünün təbliği, sağlam həyat tərzinə çağırış, asudə vaxtın səmərəli təşkili məqsədini daşıyan festivalın sonunda 23 komanda iştirakçısına (7-si qızıl, 8-i gümüş, 8-i isə bürünc medal) AGF-nin medal və diplomları təqdim edilib.