
Sent-Luisdə (ABŞ) Azərbaycan şahmatçısı Şəhriyar Məmmədyarovun iştirak etdiyi “Sinkfild Kuboku” başa çatmaq üzrədir.
“Grand Chess Tour”un sonuncu mərhələsi olan turnirdə həmçinin Maksim Vaşye-Laqrav, Əlirza Firuzja (hər ikisi Fransa), Uesli So, Fabiano Karuana, Lenyer Dominqes, Levon Aronyan, Hans Niemann (hamısı ABŞ-dan) və Yan Nepomnyaşi (Rusiya) iştirak edirlər.
Qeyd edək ki, yarışda üç turdan sonra püşkatmadan geri çəkilən və oynadığı oyunların nəticələri ləğv edilən Maqnus Karlsen (Norveç) də iştirak edib.