Today Şənbə, 12th Oktyabr 2024
Birinci 24

Birinci 24

“Naxçıvan ədəbi mühiti” mövzusunda tədbir keçirilib

Naxçıvanşünaslıq Mərkəzində “Naxçıvan ədəbi mühiti” mövzusunda tədbir keçirilib.

Mərkəzin elmi katibi Nihad Tarverdiyev bildirib ki, Naxçıvan diyarı Azərbaycan ədəbi mühitinə və mədəniyyətinə bir sıra böyük şəxsiyyətlər bəxş edib. Böyük demokrat ədib Cəlil Məmmədquluzadə, dahi dramaturq Hüseyn Cavid, tarixi romanların müəllifi Məmməd Səid Ordubadi, eləcə də Adil Babayev, Əliqulu Qəmküsar, Hüseyn İbrahimov, İslam Səfərli kimi görkəmli şair, yazıçı və ədəbiyyatşünaslar Azərbaycan ədəbiyyatının inkişafına mühüm təsir göstərib.

Bu sahəyə diqqət və qayğı bu gün də davam etdirilir, yaradılan elmi və yaradıcı mühitdən bəhrələnən yazıçı və şairlərimizin yeni-yeni əsərləri ərsəyə gəlir.Naxçıvanda müstəqillik illərində qələmə alınan lirik, epik, dram əsərlərin mövzu, ideya və sənətkarlıq xüsusiyyətləri, bu istiqamətdə yazılmış elmi, publisistik məqalələr, kitab və monoqrafiyalar bütövlükdə elmə bir sıra yeniliklər qazandırıb. Bu baxımdan Naxçıvanda ədəbi mühitin öyrənilməsi bu günümüz üçün olduqca böyük əhəmiyyətə malikdir.

admin

Related Posts