
Yayda toz, payızda, qışda palçıq… Nə piyada rahat hərəkət edə bilir, nə maşınlar. Təcili maşınlar əraziyə qətiyyən təcili çata bilmir, taxsilər isə, ümumiyyətlə küçəyə dönməkdən imtina edirlər.
Səbail rayonu Yüzbəy Mürsəlov küçəsinin sakinləri bildirib ki, təxminən iki il əvvəl kanalizasiya xətlərinin təmir olunması adıyla asvalt örtük sökülüb. Amma sonra təmir olunmayıb.
Sakinlər deyib ki, dəfələrlə Səbail rayon icra hakimiyyətinə müraciət etsələr də 5 günə, 10 günə yol təmir olunacaq deyib, məsələni 2 ilədək uzadırlar.