Today Şənbə, 12th Oktyabr 2024
Birinci 24

Birinci 24

Biləsuvarda içməli su problemi…

Kanallar boş qalıb, torpaq qatı isə susuzluqdan çat verib. Biləsuar rayonu Ovçubərə kəndinin sakinləri iddia edirlər ki, su üzünə həsrət qalıblar. Hazırda nə özlərinin, nə də saxladıqları mal-qaranın içməyə suyu yoxdur. Bu vəziyyət artıq  bir aydan çoxdur ki davam edir.

Sakinlərin sözlərinə görə, bir aydan çoxdur ki, əkin sahələrini məcburiyyətdən şor qrunt suyu ilə suvarırlar. Kəndə su Araz çayının bir qolu vasitəsilə gəlir. Həmin sudan həm təsərrüfatda istifadə edirlər, həm də əkin sahələrini suvarırlar. Amma ötən ayın əvvəllərindən etibarən su sarıdan əziyyət çəkirlər.

Onlar iddia edirlər ki, dəfələrlə aidiyyatı üzrə müraciət etsələr də, nəticəsi olmayıb.

admin

Related Posts