Today Bazar, 13th Oktyabr 2024
Birinci 24

Birinci 24

“Bəxtiyar Hacıyevin təhlükəsizliyi çox aşağı səviyyədədir”

“Bəxtiyar Hacıyevin təhlükəsizliyi çox aşağı səviyyədədir”

“Bəxtiyar Hacıyevlə görüşdüm, qeyd edir ki, Müalicə Müəssisəsinə iradəsinə zidd olaraq etap edilib”.

Bu barədə vəkil Aqil Layıc paylaşım edib.

“Etap edildikdən sonra Müalicə Müəssisəsinin baş həkimi ona sistem qoşmağı məcbur eləmək istəyib və o, imtina edib. Bu yerdə onu qeyd etmək lazımdır ki, aclıq aksiyası keçirən insanın huşu yerindədirsə ona məcburi sistem qoymaq olmaz və məcburetmə qanunsuzdur. Bu məqamda həmin müəssisənin baş hakiminə şəxsin bədən muxtariyyətinə hörmət etməyə tələb edirik.

Müalicə müəssisəsinə köçürülərkən, onun gündəlik qeydləri, tibbi qeydləri, hüquqi sənədləri və kitabları müsadirə edilib. Adi boş A4 kağızı belə müsadirəyə məruz qalıb. Ədliyyə Nazirliyindən xahiş və tələb edirik ki, onun zəruri hesab etdiyi bütün hüquqi sənədlərinin, gündəlik qeydlərinin qaytarılmasını təmin edəsiniz.
Bəxtiyar həmçinin qeyd etdi ki, Müalicə Müəssisəsində təhlükəsizliyi çox aşağı səviyyədədir. Kim istəsə otağına daxil ola bilir, həmçinin otaqdan çıxdıqdan sonra otağı açıq qalır. Təhlükəsizliyinin təmin edilməsini tələb edir.

Bəxtiyar hədsiz dərəcədə zəifləyib və özünü zorla idarə edir. Bədənində şiddətli ağrılar və yuxusuzluqdan əziyyət çəkir”, – deyə bildirib.

Qeyd edək ki, sabah saat 16:00- da Bakı şəhər Xətai Rayon Məhkəməsində Bəxtiyar Hacıyevin ev dustaqlığı məsələsinə baxılacaq.

Editor

Related Posts