Today Şənbə, 19th Aprel 2025
Birinci 24

Birinci 24

Naxçıvanda yeni istehsalı sahəsi yaradılır

Naxçıvanda yeni istehsalı sahəsi yaradılır

Naxçıvanda yaxın vaxtlarda məhsul istehsalına başlayacaq “Ləzzət Qida Sənaye” MMC-də salfet istehsalı müəssisəsi Sahibkarlığın İnkişafı Fondu tərəfindən verilmiş güzəştli kredit və “Ləzzət Qida Sənaye” MMC-nin vəsaiti hesabına inşa olunub. Hazırda müəssisədə sınaq istehsalı və avadanlıqların tənzimlənməsi işləri aparılır.

Naxçıvan Muxtar Respublikası İqtisadiyyat Nazirliyinin mətbuat xidmətindən Birinci24 İnformasiya Agentliyinə bildirilib ki, müəssisənin istehsal gücü gündə 8 ton hazır məhsul çıxarılmasına imkan verir. İstehsal sahəsində yüksək keyfiyyətli kağız məmulatları – salfet, mətbəx dəsmalı, tualet kağızı, qutu salfetlər və digər çeşidlər istehsal olunacaqdır. Türkiyənin bu sahədə aparıcı şirkətlərinə məxsus avadanlıqlar vasitəsilə istehsal olunacaq məhsullar bazar şəraiti və rəqabət mühitinə uyğun şəkildə istehlakçıya təqdim olunacaqdır.

Müəsissənin tam şəkildə işə düşməsi nəticəsində 20 nəfərlik yeni iş yerinin açılması nəzərdə tutulur.

İstehsal ediləcək məhsulun ilkin mərhələdə daxili bazarda və Azərbaycanın digər regionlarda satışı nəzərdə tutulur, növbəti mərhələdə isə ixracın təşkil edilməsi planlaşdırılır.

admin

Related Posts