Today Bazar, 13th Oktyabr 2024
Birinci 24

Birinci 24

ABŞ vurulan naməlum cisim barədə məlumat yaydı

ABŞ vurulan naməlum cisim barədə məlumat yaydı

Amerika Birləşmiş Ştatları son günlər Şimali Amerikada vurulmuş üç naməlum uçan obyektlə bağlı vəziyyətdə hər hansı yadplanetlilərin fəaliyyətinin əlamətlərinin müşahidə olunmadığını bildirib.

Bu barədə jurnalistlər üçün keçirdiyi brifinqdə Ağ Evin mətbuat katibi Karine Jan-Pyer bildirib.

“Bunu Ağ Evdən eşitdiyinizə əmin olmaq istəyirəm. Bununla bağlı suallar və narahatlıqlar var idi, lakin yox, bunu təkrarlamaq istəyirəm. Yenə deyirəm, heç bir yadplanetli və ya Yerdənkənar fəaliyyət əlamətləri yoxdur. Mən əmin olmaq istəyirdim ki, Amerika xalqı bunu bilsin, siz də bunu biləsiniz”, – deyə o qeyd edib.

Editor

Related Posts