Today Bazar ertəsi, 14th Oktyabr 2024
Birinci 24

Birinci 24

Şərur rayonunda narkotikə görə 3 nəfər tutulub

Şərur rayonunda narkotikə görə 3 nəfər tutulub

Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyindən Birinci24 İnformasiya Agentliyinə verilən məlumata görə, Şərur RPİ-nin əməkdaşları narkotik vasitələrin və pisxotrop maddələrin satışında və istifadəsində şübhəli bilinən 3 nəfər Şərur Rayon sakinlərini müəyyənləşdirərək saxlayıb və onlar barəsində toplanmış materallar məhkəməyə göndərilib.

Şərur rayon məhkəməsinin qərarı ilə Azərbaycan Respublikası İXM-nin 206-cı maddəsinə müvafiq olaraq, 1994-cü il təvəllüdlü Oğlanqala kənd sakini Əyyub Abdullayevə 30 gün, 1991-ci il təvəllüdlü Comaxtur kənd sakini Rasif Əliyevə 30 gün və 1994-cü il təvəllüdlü Qarxun kənd sakini Əli Məmiyevə isə 25 gün müddətində həbs növündə inzibati tənbeh tədbiri tədbiq olunub.

admin

Related Posts