Ddünən tanınmış dublyaj aktyoru Yaşar Kamal ölkə başçısı İlham Əliyevə müraciət ünvanlamışdı.
Bu gün Y. Kamalın televiziyada müəllifi və aparıcısı olduğu veriliş dayandırılıb.
Bu barədə dublyaj aktyoru öz feysbuk hesabında bildirib.
“Televiziyada müəllifi və aparıcısı olduğum veriliş dayandırıldı. Bu, məhz bu gündə milli televiziyanın yarandığı tarixdə baş verdi. Təşəkkür edirəm”, – deyə o qeyd edib.