Today Bazar ertəsi, 14th Oktyabr 2024
Birinci 24

Birinci 24

Azərbaycan-Pakistan arasında təlim mərkəzləri qurulur

Azərbaycan-Pakistan arasında təlim mərkəzləri qurulur

Azərbaycanla Pakistan arasında rəqəmsal inkişaf sahəsində təlim mərkəzləri yaradılacaq.

Bunu rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev tvitterdə yazıb.

Nazir bildirib ki, Pakistan İslam Respublikasının İnvestisiyalar üzrə Şurasının federal naziri Çaudri Salik Hüseyn və neft üzrə dövlət naziri Musadik Məsud Malik ilə görüşdə Azərbaycanla Pakistan arasında nəqliyyat, İKT və innovasiyalar sahəsində əməkdaşlığa dair məsələləri müzakirə olunub.

Görüşdə iki ölkə arasında “Şimal-Cənub” Beynəlxalq Nəqliyyat Dəhlizi çərçivəsində tranzit daşımaların həyata keçirilməsi, hava nəqliyyatı ilə sərnişin daşımaların artırılması və rəqəmsal inkişaf sahəsində təlim və inkubasiya mərkəzlərinin yaradılması ilə bağlı fikir mübadiləsi aparılıb.

Editor

Related Posts