Bu arada Çinin “Tencent” və “Ant Group” şirkətləri ölkə hakimiyyətinin tələbi ilə “ChatGPT” çat botuna girişi bağlayıb.
SİA-nın xarici qaynaqlardan əldə etdiyi məlumata görə, bundan əvvəl Çin mediasında o, ABŞ-ın siyasi təbliğatında ittiham olunurdu.
Amerika şirkəti “OpenAI” (…qeyd edək ki, maşın öyrənməsinə əsaslanan texnologiyaların inkişafı və lisenziyalaşdırılması ilə məşğul olan Amerika şirkətidir -A.B.) tərəfindən hazırlanmış “ChatGPT” əvvəllər Çində rəsmi olaraq mövcud deyildi. Bununla belə, ölkə sakinləri VPN-dən (…”virtual şəxsi şəbəkə”- bir və ya bir neçə şəbəkəni təmin etməyə imkan verən texnologiyaların ümumiləşdirilmiş adıdır- A.B.) istifadə edərək qadağadan yayındılar və “Tencent-in” WeChat proqramında “ChatGPT” xidmətləri təklif edən onlarla “mini-proqram” var idi. İndi bu proqramlar “müvafiq qanun və qaydaların pozulmasına görə” bloklanır.
Qeyd edək ki, bir neçə gün əvvəl Çin mediası “ChatGPT”-nin ABŞ hökumətinə dezinformasiya və təbliğat yaymaqda kömək edə biləcəyini , xüsusən də Sincan soyqırımı ilə bağlı məlumat vermişdi.
Çinin texnologiya sənayesindəki Nikkei Asia mənbələri, Çin senzurasına görə ABŞ-ın çat bot qərarından təəccüblənmədiklərini söylədi. Çin Google, Facebook, YouTube, Twitter, Reddit və Wikipedia və başqalarını bloklayıb.