Today Şənbə, 12th Oktyabr 2024
Birinci 24

Birinci 24

“Son günlər Mariupolda azı 14 partlayış olub” – Britaniya kəşfiyyatı

“Son günlər Mariupolda azı 14 partlayış olub” – Britaniya kəşfiyyatı

2023-cü il fevralın 21-dən rusiyayönümlü “rəsmilər” Mariupol ətrafında azı 14 partlayış faktını təsdiqləyib.

Böyük Britaniya Müdafiə Nazirliyinin Kəşfiyyat Xidmətinin məlumatında belə qeyd edilib. Bildirilib ki, partlayışlar hava limanının yaxınlığındakı silah anbarında, iki yanacaq deposunda və Rusiyanın hərbi baza kimi istifadə etdiyi polad zavodunda qeydə alınıb.

Məlumatda bildirilib ki, Mariupol hazırda cəbhə xəttindən 80 kilometr uzaqlıqda yerləşir.

Əlavə olunub ki, Rusiyanın daha əvvəl Ukraynanın müntəzəm zərbə imkanlarından uzaqda yerləşən zona kimi qiymətləndirdiyi Mariupolda partlayışların baş verməsi onu narahat edir.

Qeyd olunub ki, Maruipol Rusiyanın 2022-ci ildə ələ keçirdiyi və hələ də nəzarət etdiyi ən böyük şəhər olduğu üçün çox önəmlidir və bura logistika yollarının üzərində yerləşir.

Editor

Related Posts