Today Şənbə, 12th Oktyabr 2024
Birinci 24

Birinci 24

Ağbulaq İstirahət Mərkəzində “Gənclik düşərgəsi”nə start verilib

Naxçıvan Muxtar Respublikası Gənclər Fondu və Həmkarlar İttifaqları Şurasının birgə təşkilatçılığı ilə Ağbulaq İstirahət Mərkəzində “Gənclik düşərgəsi”nə start verilib. 5 gün ərzində 50 gəncin iştirakı ilə müxtəlif istiqamətlər üzrə davam edəcək düşərgə ötən gün “Şəbəkələşmə günü” tədbiri ilə start götürüb.

İstirahət Mərkəzi ilə tanış olan və təlimatlandırılan iştirakçılar komandalara bölünüb və komandalar üçün tapşırıqlar müəyyənləşdirilib.

Açılış tədbirinin ardınca intellektual oyun, komanda təqdimatları saatı təşkil olunub.

“Gənclik düşərgəsi” çərçivəsində gənclərin hərbi hissəyə səfəri, İkinci Qarabağ müharibəsi iştirakçıları, eyni zamanda hərbi pilotlarla görüşü, panel müzakirələr, tonqal ətrafında poeziya saatı, “Milli dəyərlərin innovativ-kreativ təbliği” müsabiqəsi üçün hazırlanan komanda işlərinin təqdimatı planlaşdırılır.

Düşərgənin sonunda fəal gənclərə sertifikatlar təqdim olunacaq.

admin

Related Posts