Today Bazar, 13th Oktyabr 2024
Birinci 24

Birinci 24

Vergi Məcəlləsinə media subyektləri ilə bağlı edilən dəyişiklik təsdiqləndi

Vergi Məcəlləsinə media subyektləri ilə bağlı edilən dəyişiklik təsdiqləndi

Media subyektlərinin (audiovizual media subyektləri istisna olmaqla) öz fəaliyyətləri nəticəsində əldə etdikləri gəlirləri, o cümlədən reklam gəlirləri, habelə onlara müvafiq dövlət qurumu tərəfindən verilən maddi yardımlar gəlir vergisindən, mənfəət vergisindən və sadələşdirilmiş vergidən azad ediləcək.

Bu məsələ Milli Məclisin martın 7-də keçirilən plenar iclasının gündəliyinə daxil edilmiş Vergi Məcəlləsində dəyişiklik edilməsi haqqında qanun layihəsində əksini tapıb.

Qanun layihəsinə əsasən, media subyektlərinin (audiovizual media subyektləri istisna olmaqla) öz fəaliyyətləri nəticəsində əldə etdikləri gəlirlərin, o cümlədən reklam gəlirlərinin, habelə onlara müvafiq dövlət qurumu tərəfindən verilən maddi yardımların gəlir vergisindən, mənfəət vergisindən və sadələşdirilmiş vergidən azad edilməsi təklif olunub. Eyni zamanda, media subyektləri tərəfindən istehsal olunan media məhsullarının təqdim edilməsi də əlavə dəyər vergisindən azad edilir. Azadolmalar 2023-cü il yanvarın 1-dən tətbiq olunmaqla 3 il müddətində qüvvədə olacaq.

Qanun layihəsi səsə qoyularaq üçüncü oxunuşda təsdiq edilib.

Editor

Related Posts