Today Bazar ertəsi, 21st Aprel 2025
Birinci 24

Birinci 24

Bu ölkənin Rusiyadan neft alması dollara təhlükə yaradır

Bu ölkənin Rusiyadan neft alması dollara təhlükə yaradır

Hindistan Rusiyanın dəniz yolu ilə əsas neft bazarına çevrilib.

Birinci 24 “Reuters”ə istinadən xəbər verir ki, Avropa sanksiyalar çərçivəsində Moskvadan neft tədarük etməkdən imtina etdikdən sonra Hindistan Rusiyanın dəniz yolu ilə əsas neft bazarına çevrilib. Eyni zamanda, Hindistan və Rusiya arasında əməliyyatların əksəriyyəti dirhəm və rubl daxil olmaqla, qeyri-dollar valyutasında aparılır.

Rusiya nefti üçün dirhəm ödənişləri ABŞ və Böyük Britaniyanın nefti üçün qeyri-dollar ödənişlərini həyata keçirən Abu Dabidəki MTS Bankına qarşı sanksiyalarını çətinləşdirə bilər.

“Rusiya tədarükçüləri, ödənişləri qəbul etmək üçün başqa banklar tapacaqlar. Hazırda hökumət bizdən Rusiya neftinin alınmasını dayandırmağı tələb etmir, ona görə də ümid edirik ki, mövcud sxem bloklanarsa, alternativ ödəniş mexanizmi tapılacaq”, – agentliyin mənbəsi izah edib.

Bir neçə onilliklər ərzində dollar neftin universal qiyməti olub. SWIFT ödəniş sisteminin məlumatına görə, 2023-cü ilin yanvarında bu valyuta beynəlxalq ödənişlərin ümumi həcminin 40 faizini təşkil edib. ABŞ Dövlət Departamentinin keçmiş baş iqtisadçısı və Vudro Vilson Beynəlxalq Alimlər Mərkəzinin əməkdaşı Daniel Ahn bildirib ki, dollar çox güclüdür, lakin sanksiyalar Qərbin maliyyə sistemlərini sarsıda bilər.

Editor

Related Posts