Today Bazar, 13th Oktyabr 2024
Birinci 24

Birinci 24

Naxçıvanda şəhid anaları ilə bayram görüşü təşkil edilib

Naxçıvanda şəhid anaları ilə bayram görüşü təşkil edilib

Birinci 24 İnformasiya Agentliyi xəbər verir ki, Naxçıvan Şəhər İcra Hakimiyyəti 8 Mart – Beynəlxalq Qadınlar Günü münasibətilə şəhid anaları ilə çay süfrəsi ətrafında görüş təşkil edib.

Tədbirdə əvvəlcə şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Naxçıvan Şəhər İcra Hakimiyyətinin başçısı Mirsənani Seyidov çıxış edərək şəhid analarını, şəhidlərin həyat yoldaşları və bacılarını, tədbir iştirakçılarını Beynəlxalq Qadınlar Günü münasibətilə təbrik edib, onlara ən xoş arzularını çatdırıb.

İcra hakimiyyətinin başçısı bildirib ki, Azərbaycan qadını tarix boyu bütün dünyaya nümunə olub, vətənpərvərliyin təbliğatçısı kimi mühüm rol oynayıb. Vurğulanıb ki, məğrur, qəhrəman analarımızın yetişdirdiyi igid oğullar 30 il işğal altında qalan torpaqlarımızı 44 gündə azad edərək əsl vətənpərvərlik və qəhrəmanlıq nümayiş etdiriblər.

Tədbirdə Naxçıvan Şəhər İcra Hakimiyyəti başçısının müavini Təhminə Mustafayeva və Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinin müdiri İsmayıl Gülməmmədov çıxış edərək ölkəmizin hərtərəfli inkişafında, eyni zamanda ərazi bütövlüyü uğrunda canından keçmiş Vətən oğullarının yetişməsində Azərbaycan qadınlarının rolundan bəhs ediblər.

Tədbirdə iştirak edən şəhid anaları onlara və ailələrinə göstərilən yüksək diqqət və qayğıya görə ölkə başçısına minnətdarlıqlarını bildiriblər.

Sonda şəhid analarına gül dəstəsi və hədiyyələr təqdim olunub, xatirə şəkli çəkilib.

admin

Related Posts