Today Şənbə, 12th Oktyabr 2024
Birinci 24

Birinci 24

“Reuters”: Ukraynadakı müharibə Moskvanın regionda sülhün təminatçısı statusunu sarsıdıb

“Reuters”: Ukraynadakı müharibə Moskvanın regionda sülhün təminatçısı statusunu sarsıdıb

“Ermənistanla Azərbaycan sərhədində hərbi eskalasiya baş verəcəyi vaxt baxımından önəmlidir. Vaxt burada vacibdir, çünki Rusiya əvvəllər Ermənistan və Azərbaycan arasında ən nüfuzlu vasitəçi olub”.

Bu barədə “Reuters” agentliyi yazıb.

Nəşr bildirir ki, Kreml çərşənbə axşamı prezident Vladimir Putinin Cənubi Qafqazda axan qanı cilovlamaq üçün əlindən gələni etdiyini desə də, Ukraynadakı müharibə Moskvanın regionda sülhün təminatçısı statusunu sarsıdıb.

Azərbaycan və Ermənistan arasında hərtərəfli sülh sazişinin necə olması ilə bağlı qəti fikir ayrılığı var.

“Ermənistan və Azərbaycan arasında genişmiqyaslı münaqişə iri regional gücləri Rusiya və Türkiyəni özünə cəlb etməklə, neft və qaz kəmərləri üçün mühüm dəhliz olan Cənubi Qafqazda sabitliyi pozmaq təhlükəsi yaradır, Ukraynadakı müharibə isə artıq enerji təchizatında problemlər yaradıb.

Moskvanın Ermənistanla müdafiə ittifaqı və hərbi bazası var, Ankara isə Azərbaycandakı etnik türk qohumlarını həm siyasi, həm də hərbi cəhətdən dəstəkləyir.

Ermənistanla Azərbaycan arasında müharibə daha çox sülhməramlılar tələb edə bilər, Moskva isə onları təmin edə bilmir”, – deyə məqalədə bildirilir.

Editor

Related Posts