Today Şənbə, 12th Oktyabr 2024
Birinci 24

Birinci 24

Anar Bağırov: “Naxçıvanda vəkillik sahəsində islahatlar aparılacaq”

Anar Bağırov: “Naxçıvanda vəkillik sahəsində islahatlar aparılacaq”

Naxçıvanda vəkillik sahəsində islahatlar aparılacaq. Naxçıvan Muxtar Respublikasında vəkillik sahəsində dönüş olacaq, vəkillərin sayı artırılacaq, insanlara yüksək keyfiyyətli hüquqi yardım göstəriləcək. Bu məqsədlə Azərbaycan Respublikası Vəkillər Kollegiyasının nümayəndə heyəti hazırda Naxçıvan Muxtar Respublikasında səfərdədir.

Bu fikirləri Birinci 24 İnformasiya Agentliyinə müsahibə verən Azərbaycan Respublikası Vəkillər Kollegiyasının sədri, Məhkəmə-Hüquq Şurasının üzvü Anar Bağırov bildirib. Qeyd edib ki, bu il ölkəmizdə “Heydər Əliyev İli”dir və bu məqsədlə sabah və ümumiyyətlə, ilin sonuna kimi hər təqvim ayının 10-da Naxçıvan Muxtar Respublikasında vətəndaşlar üçün pulsuz hüquqi yardım aksiyaları keçiriləcək. Fürsətdən istifadə edib Naxçıvan sakinlərini həmin aksiyada fəal iştirak etməyə dəvət edirik. Hər bir vətəndaşa pulsuz hüquqi yardım göstərəcəyik.

“Həm şifahi məsləhətlər, həm yazılı sənədlər hazırlanacaq və ümid edirəm ki, bu aksiyaya böyük maraq olacaq”, – deyə Anar Bağırov bildirib: “Fikrimiz odur ki, ümumiyyətlə, Naxçıvanda mütəmadi olaraq ali məktəblərdə vəkilliyə qəbul aparılsın. Gənc hüquqşünasları vəkilliyə dəvət edəcəyik və bizim işimiz Naxçıvan Dövlət Universitetinin hüquq fakültəsi ilə bağlıdır”.

“Sabahkı konfransda vəkillik sahəsində Naxçıvanda və ümumən Azərbaycanda mövcud problemlər müzakirə olunacaq. Məqsədimiz odur ki, problemlər aradan qalxsın, hər bir vətəndaşın hüquqi yardıma çatdırmaq hüququ təmin olunsun, nəticə etibarilə keyfiyyətli hüquqi yardım göstərilsin”, – deyə Anar Bağırov əlavə edib.

Qeyd edək ki, sabah Naxçıvanda “Müstəqil Azərbaycan vəkilliyinin banisi Heydər Əliyev” mövzusunda elmi-praktik konfrans keçiriləcək.

admin

Related Posts