Today Bazar, 13th Oktyabr 2024
Birinci 24

Birinci 24

“Toppuş bacı”nın qızı tamaşada rol aldı – Video

“Toppuş bacı”nın qızı tamaşada rol aldı – Video

“Toppuş bacı” ləqəbi ilə şou-biznesdə məşhurlaşan mərhum aktrisa, Əməkdar artist Tünzalə Əliyevanın qızı Zəhra tamaşada rol alıb.

Bununla bağlı aktrisanın həyat yoldaşı Röyal sosial şəbəkə hesabında məlumat yayıb.

Sənətçinin əri bildirib ki, övladının yer aldığı tamaşa bir neçə gün əvvəl Azərbaycan Dövlət Kukla Teatrında nümayiş olunub:

“05.03.2023 tarixini unutmadığım kimi, 22.01.2023 tarixini də (Tünzalə Əliyevanın vəfat etdiyi gün) unutmayacağam. Biri həyatımın ən xoş, digəri isə ən bədbəxt günüdür. İllərlə səni səhnədən izlədim. İndi isə sənin məndə olan yadigarını səhnədə izləmək şərəfinə nail oldum.
Azərbaycan Dövlət Kukla Teatrının kollektivinə – başda Rəşad Əhmədzadə olmaqla, Səidə Haqverdiyeva (rejissor – red.) və ilk gündən yanımızda olan Ülviyyə Əliyevaya (aktrisa – red.) təşəkkür edirəm. Bizə ailə oldular. Tünzalə Əliyeva bir də bu dünyaya gəlməyəcək, mən sənə gələcəyəm. Amma kim bilir, bəlkə səhnəyə “Toppuş bacı” gələcək (Sənin məndə olan yadigarın)”.

Qeyd edək ki, Tünzalə Əliyeva uzun sürən xərçəng xəstəliyindən 49 yaşında dünyasını dəyişib.

Editor

Related Posts