Today Şənbə, 12th Oktyabr 2024
Birinci 24

Birinci 24

Rusiya XİN: Laçin dəhlizinə alternativ yol 2023-cü il aprelin 1-dən fəaliyyətə başlayacaq

Rusiya XİN: Laçin dəhlizinə alternativ yol 2023-cü il aprelin 1-dən fəaliyyətə başlayacaq

Ermənistan və Qarabağı birləşdirən Laçın dəhlizi boyunca yeni yol 2023-cü il aprelin 1-dən fəaliyyətə başlayacaq.

Bu barədə Rusiya Xarici İşlər Nazirliyinin MDB ölkələri üzrə dördüncü departamentinin direktoru Denis Qonçar bildirib.

“Son bir ay ərzində görülən işlərin əsas nəticəsi Laçın dəhlizi boyunca yeni yolun 2023-cü il aprelin 1-dən fəaliyyətə başlayacağı ilə bağlı ümumi anlaşmanın əldə olunması olub. Bununla yanaşı avqustun 30-dan etibarən Laçın şəhərindən və zona daxilində yerləşən digər yaşayış məntəqələrindən yan keçən köhnə dəhliz yolunun təhlükəsizlik zolağında yerləşən müvəqqəti marşrutla hərəkət həyata keçirilir”,-deyə rusiyalı diplomat vurğulayıb.

O qeyd edib ki, Ermənistan və Azərbaycan tərəfləri arasında razılaşma nəticəsində və Rusiya sülhməramlı kontingentinin komandanlığı ilə razılaşdırılaraq avqustun 24-də köhnə dəhliz marşrutunun təhlükəsizlik zolağında yerləşən yaşayış məntəqələrinin sakinlərinin köçürülməsi başa çatıb: “Laçın dəhlizinin iş rejiminin dəyişməməsi əsas əhəmiyyət kəsb edir. Rusiya sülhməramlıları müvəqqəti yola köçürülüb və 2023-cü il aprelin 1-dək onlar yeni marşruta keçəcəklər”.

Onun sözlərinə görə, həm Bakı, həm də İrəvan o mövqedən çıxış edirlər ki, Laçın dəhlizi ətrafında bütün məsələlərin həlli Rusiya, Azərbaycan və Ermənistan liderlərinin 9 noyabr 2020-ci il tarixli bəyanatının müddəalarına ciddi şəkildə uyğun aparılmalıdır.

Editor

Related Posts