Today Şənbə, 12th Oktyabr 2024
Birinci 24

Birinci 24

AXCP sədri Əli Kərimli: “Acından ölən” düşmənlə cəmi bir neçə saatlıq döyüşdə nəyə görə bu qədər çox – 50 nəfər şəhid vermişik?

AXCP sədri Əli Kərimli: “Acından ölən” düşmənlə cəmi bir neçə saatlıq döyüşdə nəyə görə bu qədər çox – 50 nəfər şəhid vermişik?

AXCP sədri Əli Kərimli:
“İndi hər bir azərbaycanlını bu sual düşündürür. “Acından ölən” düşmənlə cəmi bir neçə saatlıq döyüşdə nəyə görə bu qədər çox – 50 nəfər şəhid vermişik?

Ordunun savaş zamanı az itki verməsi üçün nələr lazımdır?
İlk növbədə ordu daha müasir və dəqiq silahlarla və qoruyucu vasitələrlə təchiz olunmalıdır. İkincisi, peşəkar hərbçilər yetişdirilməlidir. Savaşda peşəkarlar iştirak etməlidir. Üçüncüsü hərbçilər çox təlim görməlidir. Təlim zamanı döyüş sursatı qıtlığı yaşanmamalıdır. Məşhur sərkərdənin dediyi kimi təlimdə çox tər tökülməlidir ki, döyüşdə az qan tökülsün. Dördüncüsü ordu effektiv idarə olunmalıdır. Əməliyyat planının gizliliyi təmin edilməlidir. Ordu rəhbərlərin avantürasına qurban verilməməlidir.

50 şəhidimizin 29 nəfəri zabit və gizir olduğu üçün deməli döyüşdə iştirak edən hərbçilərin hərbi hazırlığı da yüksək olub. “Hərbçilərimiz hazırlıqsız olub” versiyası tam istisna olunur.

İndi sual budur: Azərbaycan ordusunun nəyi çatışmayıb və ya nə səbəb olub ki, psixoloji cəhətdən zəif, silah, texnika baxımından geridəqalmış, maddi baxımdan kasıb ölkənin ordusu ilə bir neçə saatlıq döyüşdə 50 nəfər şəhid vermişik və məntiqlə ehtimal etmək olar ki, bundan 3-4 dəfə artıq da yaralı olub?

Üstəlik də bu qədər itki heç nə əldə edilmədən verilib. Hakimiyyət susmaqla bu sualları unutdura bilməz.

Başda İlham Əliyev olmaqla hökumət bu suallara cavab, millətə izahat verməlidir”.

Editor

Related Posts