Today Şənbə, 12th Oktyabr 2024
Birinci 24

Birinci 24

Bakıdakı silahlı insidentə görə üç nəfər saxlanıldı- Yenilənib

Bakıdakı silahlı insidentə görə üç nəfər saxlanıldı- Yenilənib

Paytaxtın Nəsimi rayonu, Səməd Vurğun küçəsində baş vermiş silahlı insidentlə əlaqədar cinayət əməlini törətməkdə şübhəli bilinən 3 nəfər polis əməkdaşları tərəfindən saxlanılıb.

Bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib.

Qeyd edilib ki, əməliyyat-axtarış tədbirləri davam etdiyi üçün onların adları açıqlanmır:

“Onlardan cinayətdə istifadə olunan tapança aşkar olunaraq götürülüb. Sosial şəbəkələrdə cinayət hadisəsi ilə bağlı olan iddialar əsassızıdır. Əməliyyat-axtarış tədbirləri yekunlaşdıqdan sona əlavə məlumat veriləcək”.

***15:34

Nəsimi rayonu, Səməd Vurğun küçəsində baş vermiş silahlı insidenti törətməkdə şübhəli bilinən şəxs polis əməkdaşları tərəfindən saxlanılıb.

Bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib.

***15:20

“Nəsimi rayonu, Səməd Vurğun küçəsində baş vermiş silahlı insidentlə bağlı hazırda Baş Prokurorluq və Daxili İşlər Nazirliyinin əməkdaşları hadisə yerindədilər”.

Bu barədə Baş Prokurorluğun Mətbuat xidməti məlumat yayıb.

“İctimaiyyətə əlavə məlumatın verilməsi təmin ediləcək”, – məlumatda bildirilib.

Həmçinin Daxili İşlər Nazirliyindən bildirilib ki, hadisədə 2 nəfər xəsarət alıb:

“Xəsarət alanlar – 2002-ci il təvəllüdlü Fəqan Rəhimli, 1983-cü təvəllüdlü Tamerlan Hüseynov xəstəxanaya çatdırılıb”.

TƏBİB-dən verilən məlumata görə, hadisə nəticəsində xəsarət alan iki nəfər qurumun tabeliyindəki Kliniki Tibbi Mərkəzin Təcili tibbi yardım şöbəsinə yerləşdirilib:

“Hazırda onlara zəruri tibbi xidmətlər göstərilir”.

***14:57

“Paytaxtın Nəsimi rayonunda 3 nəfərin odlu silahdan açılan atəşdən yaralanması ilə bağlı polisə məlumat daxil olub”.

Bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən məlumat verilib.

“Hadisə yerinə polis əməkdaşları cəlb edilib. Araşdırma aparılır. Əlavə məlumat veriləcək”, – Mətbuat xidmətindən bildirilib.

İnsidentin Bakı Dövlət Sirkinin yaxınlığında qeydə alındığı bildirilir.

Editor

Related Posts