Afaq Bəşirqızı:”Yoxluğunu hiss etdirməməyə çalışdım…”

Afaq Bəşirqızı:”Yoxluğunu hiss etdirməməyə çalışdım…”

Xalq artisti Afaq Bəşirqızı atası, mərhum Xalq artisti Bəşir Səfəroğlu ilə bağlı paylaşım edib.

Birinci 24 bildirir ki, sənətçi bu gün 98 yaşı tamam olan valideyninin məzarını ziyarət edərək, həmin anları instaqramda izləyicilərlə bölüşüb.

“Ad günün mübarək, atam. Bu 98 ilin 44 ilini Azərbaycan mədəniyyəti üçün hər şey etdin. Yaşadın, yaratdın. Bu günə qədər qalan ömrünü isə mənə etibar etdin. Çox sağ ol, ata. Bilmirəm, sənin ömrünü necə yaşadım. Bu illər ərzində səni yaşatmağa, yoxluğunu hiss etdirməməyə, yarımçıq qalmış yolunu davam etdirməyə çox çalışdım…”, – deyə, Bəşirqızı qeyd edib.

admin

Related Posts