Today Bazar, 13th Oktyabr 2024
Birinci 24

Birinci 24

Tahir Rzayev: “Azərbaycanda su çatışmazlığı ciddi problemə çevrilib”

Tahir Rzayev: “Azərbaycanda su çatışmazlığı ciddi problemə çevrilib”

Bütün dünyada olduğu kimi, Azərbaycanda da su çatışmazlığı ciddi problemə çevrilib.

Birinci 24 İnformasiya Agentliyinin məlumatına görə, bunu Milli Məclisin Aqrar siyasət komitəsinin bu gün keçirilən iclasında komitə sədri Tahir Rzayev bildirib.

“Kür çayı bəzi ərazilərdə artıq quruyub, çayda demək olar ki, su yoxdur. Nəinki Kürdə, hətta Arazda da su yoxdur. Bunun da bir neçə səbəbi var. Səbəblərdən biri iqlim dəyişikliyidir. Digər səbəblər isə ölkədə əkin sahələrinin artırılması, eləcə də əhalinin sayının artmasıdır. Yayda pambıq və digər bitkilərin suvarılmasında ciddi problemlər olur. Əgər əvvəllər ölkədə 40-50 min hektarda pambıq əkilirdisə, indi 100 min hektardan çox sahədə pambıq əkilir. Digər kənd təsərrüfatı məhsullarının da əkini çoxdur. Son illər əhali də sürətlə artır. Bəla həm də odur ki, biz sudan qənaətlə istifadə etmirik. Müasir suvarma texnologiyaları tətbiq olunmur”, – deyə o qeyd edib.

admin

Related Posts