Today Şənbə, 12th Oktyabr 2024
Birinci 24

Birinci 24

“Analar, siz indi nələr yaşayırsız?”

Aktrisa Sevinc Əliyeva Ermənistan tərəfinin təxribatı nəticəsində şəhid olmuş hərbçilərimizlə bağlı paylaşım edib.

Sənətçi sosial şəbəkə hesabında övladını itirən analara səslənərək, yayımladığı post vasitəsi ilə onlara təsəlli verib.

“İki oğul böyüdürəm, bunun əziyyətini tək özüm bilirəm. Analar, siz indi nələr yaşayırsınız? Bağışlayın”, – deyə Sevinc bildirib.

Xatırladaq ki, S.Əliyevanın bir qız və iki oğlan övladı var.

Qeyd edək ki, sentyabrın 13-ü gecə saatlarından başlayaraq Ermənistan silahlı qüvvələri Daşkəsən, Kəlbəcər və Laçın istiqamətində Azərbaycan Ordusunun mövqelərini atəşə tutması nəticəsində sərhəddə toqquşmalar baş verib.

Müdafiə Nazirliyinin açıqladığı məlumata görə, hərbi toqquşmalarda Azərbaycan Ordusu 50 şəhid verib.

admin

Related Posts