Today Şənbə, 12th Oktyabr 2024
Birinci 24

Birinci 24

“Yenidən Fransa prezidenti seçilmək niyyətində deyiləm” – Makron

“Yenidən Fransa prezidenti seçilmək niyyətində deyiləm” – Makron

Fransa prezidenti Emmanuel Makron prezident vəzifəsinə yenidən namizəd olmayacağını açıqlayıb.

Bu barədə bu gün “France 2” telekanalında məlumat verilib.

“Mən yenidən Fransa prezidenti seçilmək niyyətində deyiləm. Konstitusiyaya görə, mənim buna haqqım yoxdur”, – Fransa lideri vurğulayıb.

Makron hazırda ikinci prezidentlik müddətini icra edir. İlk dəfə 2017-ci ildə seçilib, o zaman Fransa tarixində ən gənc prezident olub (39 yaş). 

2022-ci ilin martında Makron yeni müddətə namizədliyini irəli sürdüyünü və aprel seçkilərində yenidən qalib gəldiyini açıqlayıb. 

Editor

Related Posts