Today Şənbə, 12th Oktyabr 2024
Birinci 24

Birinci 24

Türkiyə yeni “Altay” tankını sınaqdan keçirəcək

Türkiyə yeni “Altay” tankını sınaqdan keçirəcək

Türkiyənin “BMC” Şirkəti, yenilənmiş və sürətli istehsal mərhələsinə keçən “Altay” tankını aprelin 23-də sınaq üçün Türkiyə Silahlı Qüvvələrinə (TSK) təhvil verməyə hazırlaşır.

“BMC” şirkətinin İdarə Heyətinin üzvü və meneceri Murat Yalçıntaş, Müdafiə Baş direktoru Mehmet Karaaslan və baş direktoru Mustafa Kaval keçirdikləri mətbuat konfransında həyata keçirdikləri layihələr, xüsusilə “Altay” tankı layihəsi haqqında məlumat veriblər.

“Altay” tankını istehsal edəcək “BMC” şirkətinin türk şirkəti olduğunu bildirən Yalçıntaş, “Altay” tankının və fabrikdə istehsal olunan mühərriklərin Türkiyə Müdafiə Sənayesi Rəhbərliyinə aid olduğunu bildirib.

Qeyd edək ki, “Altay” tankının Türkiyə Silahlı Qüvvələri tərəfindən sınaqlarının 2024-cü ildə başa çatdırılması gözlənilir. 

2025-ci ildə Koreya birgə qrupu ilə yeni “Altay” tankının kütləvi istehsalına başlanacaq və tank TSK-ya təhvil veriləcək.

Editor

Related Posts