Today Bazar, 13th Oktyabr 2024
Birinci 24

Birinci 24

Millimiz İsveçə darmadağınla uduzdu

Millimiz İsveçə darmadağınla uduzdu

Millimiz bu gün Avro-2024-ün seçmə mərhələsində növbəti oyununa çıxıb.

Yığmamız F qrupunda 2-ci turda İsveçin qonağı olub.

Solna şəhərindəki “Frends Arena”da keçirilən görüş meydan sahiblərinin 5:0 hesablı qələbəsi ilə başa çatıb. Qrupun digər matçında Avstriya  Estoniyanı qəbul edib və 2:1 hesabı ilə qalib gəlib.

Qeyd edək ki, Azərbaycan millisi ilk turda Avstriyaya 1:4 hesabı ilə uduzub. Bu nəticədən sonra yığmamız qrup sonuncusudur.

F qrupu

22:45. İsveç – Azərbaycan – 5:0 

Qollar: Emil Forsberq, 38, Bəhlul Mustafazadə, 65-avtoqol, Viktor Dyekereş, 79, Yesper Karlsson, 88, Antoni Elanqa, 89

22:45. Avstriya – Estoniya – 2:1 

Qol: Sappinen, 25 (0:1), Florian Kaynz, 68 (1:1), Mixael Qreqorits, 88 (2:1)

1Avstriya220062+46
2Belçika210030+33
3İsveç210153+23
4Estoniya100112-10
5Azərbaycan200219-80

Editor

Related Posts