Today Şənbə, 12th Oktyabr 2024
Birinci 24

Birinci 24

Bilik Günündə Kimya-Biologiya Təmayüllü Lisey istifadəyə verilib

Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2020-ci il 4 avqust tarixli Sərəncamı ilə Kimya-Biologiya Təmayüllü Lisey yaradılıb.

Sentyabrın 15-də – Bilik Günündə Kimya-Biologiya Təmayüllü Lisey kompleksi istifadəyə verilib.

Tədris korpusu ilə tanışlıq zamanı məlumat verilib ki, zirzəmi ilə birlikdə 4 mərtəbədən ibarət olan 342 yerlik binada 19 sinif otağı, fizika, kimya və biologiya laboratoriyaları, şahmat sinfi, 2 kompüter, 2 müəllimlər, direktor, psixoloq, hərbi kabinə, STEAM kabinəsi, kitabxana, idman zalı, qarderob və texniki otaqlar yerləşir. Binada internetə çıxışı olan 58 kompüter və 16 elektron lövhə quraşdırılıb. Liseyin kitabxana fondunda 5931 kitab və 840 test toplusu vardır.

admin

Related Posts