Today Bazar, 13th Oktyabr 2024
Birinci 24

Birinci 24

Gürcüstan və Türkiyəyə istirahətə getmək artıq sərfəli deyil

Gürcüstan və Türkiyəyə istirahətə getmək artıq sərfəli deyil

Azərbaycan vətəndaşlarının səyahət üçün ən çox üz tutduqları ölkələr Türkiyə və Gürcüstandır.

Birinci 24 xəbər verir ki, hər iki qonşu dövlət qiymət baxımından cibimizə uyğun olub. Ancaq son rəqəmlər göstərir ki, bu ölkələrdə də turizm xərclərixeyli artıb.

Turizm şirkətlərindən birinin rəhbəri Eldar Dərgahov deyir ki, həm Gürcüstanda, həm də Türkiyədəki bahalaşma əsasən Hotel xidmətlərində özünü göstərir.

Eldar Dərgahovun sözlərinə görə, hazırki vəziyyətdə 1 nəfərin 1 həftə hotel xərci Gürcüstan və Türkiyə ilə müqayisədə Azərbaycanda daha ucuz başa gəlir.

Turizm şirkətinin əməkdaşı Ruslan Alıyev deyir ki, adətən fərdi qaydada səyahət baha başa gəldiyi üçün bir çoxları turlardan istifafə edir.

Ancaq son dövrlər turpaketlərində qiymətində xeyli artım var.

Turizmçilər həmçinin bildirir ki, Rusiya -Ukrayna müharibəsi ölkəmizə Avropadan üz tutanlarında sayını artırıb.

admin

Related Posts