Today Bazar, 13th Oktyabr 2024
Birinci 24

Birinci 24

Türkiyənin Naxçıvandakı baş konsulu AMEA-nın Naxçıvan Bölməsində olub

Türkiyənin Naxçıvandakı baş konsulu AMEA-nın Naxçıvan Bölməsində olub

AMEA Naxçıvan Bölməsinin mətbuat xidmətindən Birinci 24 İnformasiya Agentliyinə bildirilib ki, Bölmənin sədri akademik İsmayıl Hacıyev və elmi-tədqiqat müəssisələri rəhbərlərinin iştirakı ilə baş tutan görüşdə həyata keçirilməsi nəzərdə tutulan işlərlə bağlı fikir mübadiləsi aparılıb.

İsmayıl Hacıyev əvvəlcə muxtar respublikaya təyinatı münasibətilə Asip Kayanı təbrik edib, baş konsula fəaliyyətində uğurlar arzulayıb.

Naxçıvan Bölməsinin fəaliyyəti dövründə Türkiyə Cümhuriyyətinin muxtar respublikadakı Baş Konsulluğu ilə sıx əməkdaşlıq etdiyini bildirən akademik bu münasibətlərin gələcəkdə də uğurlu davamına əminliyini ifadə edib. Söhbət zamanı İsmayıl Hacıyev Naxçıvan Bölməsinin ulu öndər Heydər Əliyevin bölgənin mühüm strateji mövqeyi ilə əlaqədar olaraq imzaladığı sərəncama əsasən yaradıldığını diqqətə çatdırıb, bölmənin ümumi fəaliyyəti, burada fəaliyyət göstərən elmi-tədqiqat müəssisələri, o cümlədən bugünədək nəşr olunmuş elmi, fundamental əsərlər barədə qonağı məlumatlandırıb.

Qeyd olunub ki, AMEA Naxçıvan Bölməsi Türkiyənin bir neçə elm və təhsil müəssisəsi, eləcə də türkiyəli elm adamları ilə səmərəli əməkdaşlığını davam etdirir. 2022-ci il may ayının 24-də Türk Tarix Qurumu ilə Naxçıvan Bölməsi arasında birgə əməkdaşlığa dair müqavilə imzalandığını, oktyabr ayında isə həmin əməkdaşlıq çərçivəsində bölmənin bir qrup əməkdaşının Ankara şəhərinə dəvət olunduğunu xatırladan akademik bildirib ki, bu əlaqələr gələcəkdə daha da geniş və faydalı şəkildə davam etdiriləcəkdir.

Sonra İsmayıl Hacıyev qonağa kitablar hədiyyə edib.

Naxçıvana təyinatından, burada xidmət etməkdən məmnunluq duyduğunu bildirən Asip Kaya humanitar, iqtisadi və elm sahəsində mümkün əməkdaşlıqlardan, Naxçıvanın turizm potensialından söz açıb. Qeyd edib ki, Naxçıvanın mühüm geosiyasi mövqeyi, yaxın zamanda Zəngəzur dəhlizinin açılması ilə bölgənin daşıyacağı strateji önəm mədəni fikir mübadiləsinin vacibliyini şərtləndirən amil olmaqla bərabər, hər iki ölkə arasında ortaqlığın elm sahəsində də davamını labüd edir.

Asip Kaya gətirdiyi hədiyyəni və Türk Tarix Qurumu tərəfindən hədiyyə olunan 80-ə yaxın kitabı İsmayıl Hacıyevə təqdim edib.

Görüşdə Əlyazmalar Fondunun baş direktoru, filologiya elmləri doktoru Fərman Xəlilov Fondda mühafizə olunan türkdilli əsərlər, onların tədqiqi ilə bağlı məlumat verib, Türkiyə türkcəsində olan əlyazma və çap kitablarının toplanılmasına ehtiyac duyulduğunu bildirib.

Baş konsul daha sonra bölmənin elmi nəşrlərindən ibarət sərgi və Əlyazmalar Fondunun “Şərq zalı” ilə tanış olub. Tanışlıq zamanı zalın türkdilli ədəbiyyatlarla zənginləşdirilməsi ilə bağlı qarşılıqlı razılığa gəlinib.

admin

Related Posts