
Bu gün Xalq artisti Brilliant Dadaşovanın doğum günüdür.
63 yaşına qədəm qoyan sənətçi ad günü ilə bağlı sosial şəbəkə hesabında kövrək paylaşım edib.
Sentyabrın 13-də Ermənistanın Azərbaycana qarşı sərhəddə törətdiyi təxribatlar nəticəsində şəhid olan 50 hərbçimizlə bağlı sənətçi doğum günü təbriklərini qəbul etməkdən imtina edib.
“Əzizlərim, bu il məni təbrik etməyin. Bu il ad günümdə köz bağlamış yaralarımı qanatdılar. Sağalmayan dərdlərimi bir az da çoxaltdılar”, – deyə Brilliant paylaşımına şərh yazıb.