Today Bazar, 13th Oktyabr 2024
Birinci 24

Birinci 24

Audiovizual Şura “ARB”nin yayımının müvəqqəti dayandırılması barədə qərar qəbul edib

Audiovizual Şura “ARB”nin yayımının müvəqqəti dayandırılması barədə qərar qəbul edib

Aprelin 12-də Audiovizual Şuranın videoformatda iclası keçirilib.

Şuradan Birinci 24 İnformasiya Agentliyinə bildirilib ki, iclasda qeyri-dəqiq reklam yayımı faktı ilə bağlı Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətindən Şuraya daxil olmuş məktub və həmin məktuba əsasən həyata keçirilmiş monitorinqin nəticələri müzakirə olunub.

2023-cü il fevralın 17-də “ARB” televiziya redaksiyasının efirində nümayiş olunan teleticarət blokunun daxilində yayımlanan “Məhəmməd Əfəndiyev, Varikoz mərkəzi – Varikozdan lazer üsulu ilə azad olun” məzmunlu reklam materialında “Klinikamızda bütün xəstəliklərə çarə var” ifadəsinin işlədilməsi ilə qeyri-dəqiq reklama yol verilib.

Müzakirələrin yekunu olaraq Audiovizual Şura “Reklam haqqında” Azərbaycan Respublikasının Qanununun 7.2-ci maddəsini, “Media haqqında” Azərbaycan Respublikasının Qanununun 39.1.4-cü, 41.1.1-ci və 41.5-ci maddələrini rəhbər tutaraq “ARB 24” Məhdud Məsuliyyətli Cəmiyyətinin “ARB” televiziya redaksiyasının proqramlarının yayımının aprelin 16-da saat 13.00-dan saat 16.00-dək 3 (üç) saatlıq dayandırılması ilə bağlı qərar qəbul edib.

Bu qərarla bağlı qanunvericiliyin tələbini pozmuş yayımçıya məlumat verilib, habelə digər yayımçılara da bu məsələdə diqqətli olmaları tövsiyə olunub.

admin

Related Posts