Today Bazar, 13th Oktyabr 2024
Birinci 24

Birinci 24

Dövlət orqanlarında inzibati vəzifələrin tutulması üçün test imtahanları başlayıb

Naxçıvan Muxtar Respublikasında dövlət idarəçiliyi sahəsində aparılan islahatların əsas istiqamətlərindən biri də müasir tələblərə cavab verən kadr siyasətinin həyata keçirilməsi, dövlət orqanlarının peşəkar kadrlarla komplektləşdirilməsidir.

Mərkəz tərəfindən dövlət orqanlarında inzibati vəzifələrin beşinci-yeddinci təsnifatı üzrə vakant dövlət qulluğu vəzifələrinin tutulması üçün elan olunmuş müsabiqənin test mərhələsinə start verilib.

Müsabiqəyə çıxarılmış 119 vakant vəzifənin tutulması üçün 755 müraciət qeydə alınıb. Daha çox sənəd təqdim edilən dövlət orqanları sırasında Naxçıvan Muxtar Respublikasının Təhsil Nazirliyi 141 namizədlə birinci pillədə qərarlaşıb. Maliyyə Nazirliyində isə müvafiq vəzifələrin tutulması üçün 95 namizəd qeydiyyatdan keçib. Ən sıx müsabiqə vəziyyətinin yarandığı dövlət orqanları  Təhsil Nazirliyi ilə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsidir. Təhsil Nazirliyinin təqdim etdiyi Orta ixisas və peşə təhsili şöbəsində məsləhətçi vəzifəsi üzrə 64, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin təqdim etdiyi Uşaq problemləri şöbəsində məsləhətçi vəzifəsinin tutulması üçün isə 63 namizəd qeydiyyatdan keçib.

İmtahanda namizədlərə qanunvericilik üzrə 40, Azərbaycan dili üzrə 15, informasiya texnologiyaları üzrə 15, məntiqi təfəkkürün yoxlanılması üzrə 30 olmaqla, cəmi 100 sual təqdim olunur, sualları cavablandırmaq  2 saat 30 dəqiqə vaxt verilir.

16-27 sentyabr tarixlərində keçiriləcək test imtahanında obyektivliyin və şəffaflığın tam təmin edilməsi məqsədilə imtahanın videoçəkilişi aparılır. Test imtahanı bitdikdən dərhal sonra namizədlərə test imtahanının nəticəsinə dair arayış təqdim edilir. Test imtahanlarının nəticələri Dövlət İmtahan Mərkəzinin rəsmi internet portalında (www.dim.nmr.az) yerləşdirilir. Test imtahanlarında müvafiq keçid balını toplamış namizədlər müsahibə mərhələsində iştirak etmək hüququ qazanacaqdır.

admin

Related Posts