Today Şənbə, 12th Oktyabr 2024
Birinci 24

Birinci 24

“Uşaqlıq travması var, etikası yoxdur” – Müğənnilər Rövşanəni tənqid etdilər

“Uşaqlıq travması var, etikası yoxdur” – Müğənnilər Rövşanəni tənqid etdilər

“Uşaqlıq travması var, etikası yoxdur”

Müğənnilər Nura Suri və Ayan Babakişiyeva son günlər qonaqları ilə verilişində qalmaqal yaşayan aparıcı Rövşanə Ağasəfqızını tənqid edib.

Birinci 24 xəbər verir ki, bu barədə onlar influenser Nagehan Abdullayevanın aparıcı ilə efirdəki mübahisəsinə fikir bildirərkən yazıb:

“Gözəlim, sən niyə onun verilişinə getmisən axı? Onun hamı ilə problemi var. İnsanları sevmir, bilmirəm niyə belə edir… Bəlkə də uşaqlıq travması var. Sənin ailənə necə bağlı olduğunu, uşaqlarına, həyat yoldaşına necə baxdığını hamı bilir. Mən səni sevə-sevə izləyirəm. Anama da deyirəm ki, adamın Nagehan kimi gəlini ola! Yıxılan evin dirəyisən! Səni çox sevirəm. Çox yaxşı insansan və mərdsən! Bil ki, bunu hamı görür və bilir”, – deyə, Nura Suri bildirib.

Ayan Babakişiyeva isə Rövşanə haqda bunları yazıb:

“Sualın məğzi olmalıdır ki, qonaq da ona uyğun cavab versin. Bu jurnalist özü sual verib, özü də cavablandırır. Nə dinləmə etikası, nə də düzgün yanaşması yoxdur. Nagehan da elə düzgün cavab verib ki, sualı birinci özün anla, daha sonra təqdim et. Əla! Doğurdan da yaxşı etmisən”.

admin

Related Posts