Today Bazar, 13th Oktyabr 2024
Birinci 24

Birinci 24

Fizzə Məmmədovanın 70 illik yubileyi qeyd olunub

Fizzə Məmmədovanın 70 illik yubileyi qeyd olunub

Birinci 24 İnformasiya Agentliyi xəbər verir ki, Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin Təbii Ehtiyatlar İnstitutunda “Hidrogeologiya və mineral sular” laboratoriyasının rəhbəri, kimya üzrə fəlsəfə doktoru, dosent Fizzə Məmmədovanın yubileyi münasibətilə “Ömrün müdriklik zirvəsi-70” adlı tədbir keçirilib.

Tədbirdə AMEA-nın müxbir üzvü, kimya elmləri doktoru, professor Tofiq Əliyev elmin inkişafında mühüm xidmətləri olan Fizzə Məmmədovanı 70 illik yubileyi münasibətilə təbrik edib.

Qeyd edib ki, yubilyarın elmi yaradıcılığı Naxçıvan Muxtar Respublikasının təbii sərvətlərinin, o cümlədən yeraltı su ehtiyatlarının kompleks emalı və işlənməsi qanunauyğunluqlarının öyrənilməsidir. Bu sahədə elmi araşdırmaların nəticələri 245 elmi əsərdə, o cümlədən 1 patent, 1 müəlliflik şəhadətnaməsi, 7 xarici şəhadətnamə, 4 kitab, 3 elmi-metodik kompleks və 3 qrant layihəsində öz əksini tapıb.

Fizzə Məmmədova 100-dən çox elmi-publisist məqalənin müəllifidir. Kitabları müxtəlif illərdə Rusiya Təbiətşünaslıq Akademiyasının təşkil etdiyi beynəlxalq kitab sərgilərində qızıl medal və “Bərabərlər içərisində birinci” ordeninə layiq görülüb, diplom və sertifikatlar alıb.

Tədbirdə digər çıxış edənlər yubilyarın yaradıcılığı, uğurlu elmi və ictimai fəaliyyəti barədə danışıb, təbriklərini çatdırıb, ictimai və elmi fəaliyyətində bundan sonra da uğurlar arzulayıblar.

Dosent Fizzə Məmmədova göstərilən etimad və diqqətə görə minnətdarlığını bildirib.

Tədbirdə yubilyara institutun fəxri fərmanı təqdim edilib.

admin

Related Posts