Today Şənbə, 12th Oktyabr 2024
Birinci 24

Birinci 24

Naxçıvanda prokurorluq əməkdaşları tərəfindən qanvermə aksiyası keçirilib

Naxçıvanda prokurorluq əməkdaşları tərəfindən qanvermə aksiyası keçirilib

Ümummilli lider Heydər Əliyevin 100 illik yubileyi ilə əlaqədar prokurorluq işçiləri tərəfindən könüllü qanvermə aksiyası keçirilib.

Bu barədə Birinci 24 İnformasiya Agentliyinə Naxçıvan Muxtar Respublikası Prokurorluğundan məlumat verilib.

Məlumata əsasən, qan köçürülməsinə ehtiyac duyulan vətəndaşlarımıza dəstək olmaq məqsədilə bu gün Naxçıvan Muxtar Respublikası Prokurorluğu, eləcə də tabe şəhər və rayon prokurorluqlarında könüllü qanvermə aksiyası keçirilib.

Həmçinin Baş Prokurorluğun mərkəzi aparatı, Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin əməkdaşlatı da bu gün qanvermə aksiyasında iştirak ediblər.

Aksiyada ümumilikdə 280 nəfər prokurorluq əməkdaşı iştirak edib.

admin

Related Posts